Dövlət Miqrasiya Xidmətinə 2025-ci ilin may ayı ərzində daxil olmuş zənglər
Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2025-ci ilin may ərzində 5667 zəng cavablandırılıb.
Qəbul edilən zənglərin 1677-i müvəqqəti yaşama icazəsi, 132-si müvəqqəti olma müddətinin uzadılması, 366-ı vətəndaşlıq məsələləri, 589-u olduğu yer üzrə qeydiyyat, 421-i daimi yaşama icazəsi, 883-ü iş icazəsi, 228-i inzibati xəta, 1371-i isə digər məsələlərlə bağlı olub.
Qeyd edək ki, 919 Çağrı mərkəzi 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) həftənin 7 günü 24 saat fasiləsiz fəaliyyət göstərir.