Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətində Belarus Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Miqrasiya Xidmətində Belarus Respublikasının nümayəndə heyəti ilə DMX-nin nümayəndələri arasında görüş keçirilib.

Görüşdə Belarus Respublikasının Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Komitəsinin, Milli Statistika Komitəsinin, Əmək və Sosial Müdafiə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin nümayəndələri və  BMqT-nin Belarus üzrə Nümayəndəliyinin təmsilçisi iştirak edib.

Qonaqları səmimi salamlayan DMX-nin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vahid Qəhrəmanov Xidmətin fəaliyyət istiqamətləri, miqrasiya qanunvericiliyi, miqrasiya uçotu, vətəndaş məmnunluğunun təminatı, qanunsuz miqrasiya qarşı mübarizə istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Həmçinin DMX tərəfindən həyata keçirilən elektron xidmətlərin çeşidi və əldə olunmuş müsbət nəticələr diqqətə çatdırılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Qonaqlara Azərbaycanın “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrasına dair “Çempion Ölkə” qismində fəaliyyəti, eləcə də Miqrasiya üzrə Regional Təlim Mərkəzinin fəaliyyəti barədə ətraflı təqdimatlar təqdim edilib.  Sonra nümayəndə heyətinin üzvləri Miqrasiya üzrə Regional Təlim Mərkəzində yaradılmış şəraitlə tanış olublar.

Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən Belarusun Daxili İşlər Nazirliyinin Vətəndaşlıq və Miqrasiya İdarəsi rəisinin birinci müavini xanım İnna Studeniçnik rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərindən söhbət açıb.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzinə də səfər edib və orda yaradılan şəraitlə tanış olublar.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti