Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

“Stresin idarə olunması” mövzusunda təlim keçirilib

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya üzrə Regional Təlim Mərkəzində psixoloq, təlimçi Aidə Nəbiyeva tərəfindən miqrasiya orqanları işçiləri üçün “Stresin idarə olunması” mövzusunda praktiki təlim keçirilib.

Xidmətin Kadrlar və kadr hazırlığı idarəsi, Təlim-tədris mərkəzi və Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil edilən təlimdə stresin yaranma səbəbləri, onun fiziki və psixoloji təsirləri, eləcə də gündəlik həyatda tətbiq edilə biləcək effektiv idarəetmə üsulları bölüşülüb. Təlimin əsas məqsədi streslə mübarizə üsullarının işgüzar mühitdə tətbiqi, iştirakçılarda fərdi stres göstəricilərini tanımaq və ona uyğun cavabvermə mexanizmlərini formalaşdırmaq, eyni zamanda psixoloji davamlılıq bacarıqlarını gücləndirmək olub. Təlim zamanı iştirakçılara diqqət toplama texnikaları, nəfəs məşqləri, həmçinin pozitiv düşüncə formalaşdırma və emosiyaların tənzimlənməsi kimi müxtəlif praktik metodlar öyrədilib. Təlim interaktiv müzakirələr, qrup tapşırıqları və fərdi refleksiya ilə müşayiət olunub.

İnteraktiv formatda keçən təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti