Dövlət Miqrasiya Xidmətinə 2025-ci ilin aprel ayı ərzində daxil olmuş zənglər
Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2025-ci ilin aprel ərzində 6169 zəng cavablandırılıb.
Qəbul edilən zənglərin 1867-i müvəqqəti yaşama icazəsi, 116-sı müvəqqəti olma müddətinin uzadılması, 415-i vətəndaşlıq məsələləri, 643-ü olduğu yer üzrə qeydiyyat, 375-i daimi yaşama icazəsi, 944-ü iş icazəsi, 255-i inzibati xəta, 1554-ü isə digər məsələlərlə bağlı olub.
Qeyd edək ki, 919 Çağrı mərkəzi 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) həftənin 7 günü 24 saat fasiləsiz fəaliyyət göstərir.