Yaşama icazələrində əks olunan unikal kodların müəyyən edilməsi ilə bağlı təlimat
Dövlət Miqrasiya Xidməti tərəfindən yaşama icazələri verilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq sistem (VMMS) tərəfindən şəxsin eyniləşdirilməsini təmin edən unikal kod (PİN kod) verilir.
Sistem tərəfindən verilən həmin PİN kod (5 və ya 6 simvoldan (hərf və rəqəm) ibarətdir) icazə vəsiqələrinin (Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri) üz tərəfinin altı boyunca maşınla oxuna bilən iki zolaqlı optik nəzarət oxusu hissəsində qeyd olunur.
Dövlət Miqrasiya Xidməti tərəfindən verilən müvafiq vəsiqələrdə (Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri, qaçqın vəsiqəsi) PİN kod xüsusi işarə ilə (tünd rəngində) fərqləndirilmişdir.