newsPhoto

Dövlət Miqrasiya Xidmətində Mediasiya Şurası İdarə Heyətinin sədrinin gənclərlə görüşü keçirilib

Dövlət Miqrasiya Xidmətində 2 fevral - Gənclər Günü ilə əlaqədar Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovun “Miqrasiya Könüllüsü” İctimai Birliyinin üzvləri və “Miqrasiya Məktəbi” layihəsinin iştirakçıları ilə görüşü keçirilib.

Gənclərlə keçirilən görüşdən məmnunluğunu ifadə edən N. Adilov mediasiyanın əsas mahiyyəti, cəmiyyətdəki rolu və tətbiq sahələri ilə bağlı ətraflı məlumat verib, eyni zamanda gənclərin karyeralarında böyük rolu olan könüllülük fəaliyyəti və onun yaratdığı dəyərlərdən bəhs edib. Ölkəmizdə gənclər siyasətinə, könüllülük fəaliyyətinə dövlət tərəfindən verilən hərtərəfli dəstəyin gənclərin inkişafında, məşğulluq və təhsil səviyyəsinin yüksəldilməsində, onların dünyagörüşünün, fiziki və mənəvi sağlamlığının artırılmasında mühüm rol oynadığı da qeyd edib. 

Tədbirdə gənclərin çoxsaylı sualları cavablandırılıb və N.Adilovun müəllifi olduğu “Könüllünün özəl kitabı” onlara hədiyyə olunub.

Sonda xatirə şəkilləri çəkilib.


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur