Regionlarda səyyar xidmətlər davam etdirilir
Ölkəmizin müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən səyyar xidmətlər davam etdirilir.
Ağsu, Gəncə, Xaçmaz, Yevlax, Lənkəran regional miqrasiya idarələri tərəfindən Şamaxı, Gəncə, Xaçmaz, Bərdə və Lənkəranda yaşayan sağlamlıq imkanları məhdud şəxslərə növbəti səyyar xidmətlər göstərilib.
Səyyar xidmətlər zamanı şəxslərdən yaşadıqları ünvanlarda müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı tələb olunan sənədlər qəbul edilib, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin alınması (müddətinin uzadılması) halları, müvafiq yaşama icazəsi vəsiqələrinin dəyişdirilməsi prosedurları ilə bağlı məlumatlar verilib.
Azərbaycan Respublikası
