“COP29: İqlim dəyişmələri kontekstində insanların yerdəyişməsi üçün inteqrə olunmuş həll yolları üzrə qlobal əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksək səviyyəli panel keçiriləcək.
COP29 çərçivəsində 18 noyabrda “COP29: İqlim dəyişmələri kontekstində insanların yerdəyişməsi üçün inteqrə olunmuş həll yolları üzrə qlobal əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksək səviyyəli panel müzakirələr təşkil olunacaq.
Tədbir Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və Beynəlxalq Miqrasiya Təşkilatının birgə təşkilatçılığı ilə keçiriləcək.
Müxtəlif dövlətlərdən və beynəlxalq təşkilatlardan yüksək vəzifəli şəxslərin iştirakı ilə keçiriləcək panel müzakirələri miqrasiya, ətraf mühit və iqlim dəyişmələri arasındakı əlaqəyə diqqət yetirəcək və bu sahədə inteqrə olunmuş həll yollarının formalaşdırılması üçün qlobal əməkdaşlığı təşviq edəcəkdir.
Tədbir barədə ətraflı məlumatla buradan tanış ola bilərsiniz.