Müvəqqəti olma müddətinin uzadılmasından imtina edilmiş əcnəbilər nə etməlidirlər?
Müvəqqəti olma müddətinin uzadılmasından imtina edilmiş əcnəbilər müvəqqəti olma müddətləri bitənədək ölkə ərazisini tərk etməlidirlər. Müvəqqəti olma müddətinin uzadılması barədə müraciətə baxılanadək əcnəbilərin müvəqqəti olma müddəti bitdiyi halda, onlar imtina barədə qərarı aldıqları vaxtdan 48 saat ərzində ölkə ərazisini tərk etməlidirlər.