newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəhbər heyəti Zəfər parkında olub

Sentyabrın 27-də – Anım Günü ilə əlaqədar DMX rəhbərliyi və bir qrup xidmət əməkdaşı Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.

Əvvəlcə Dövlət Miqrasiya Xidmətinin aparatında Ordumuzun Vətən müharibəsindəki tarixi Qələbəsini simvolizə edən “Zəfər Guşəsi” ziyarət olunub, önünə gül dəstələri düzülüb, şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Zəfər parkı ziyarət edilib.

Xidmət əməkdaşları cənab Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şücaəti, xalq və dövlətin birliyi nəticəsində şanlı zəfərin əldə edildiyi 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər, xatirə daşının önünə gül dəstələri qoyublar.

Qəhrəmanlar undulmur!


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur