Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının iclası keçirilib
Dövlət Miqrasiya Xidmətində ölkəmizdə yaşayan miqrantların ölkəmizin miqrasiya idarəçiliyinə daha aktiv cəlb edilməsi, onların hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, habelə miqrasiya sahəsində qəbul edilmiş qərarların əcnəbilərin gündəlik həyatına təsirinin qiymətləndirilməsi məqsədilə yaradılmış Miqrant Şurasının növbəti iclası keçirilib.
Görüşdə təşkilati məsələlər müzakirə edilib, Dövlət Miqrasiya Xidməti ilə miqrantlar və miqrant icmaları arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Həmçinin iclas zamanı Şura sədri və Şuranın katibi seçilməsi məsələsinə baxılıb. Rusiya Federasiyası vətəndaşı Telman Məmmədov Miqrant Şurasının sədri, Qazaxıstan Republikası vətəndaşı Assel Aubakirova Miqrant Şurasının katibi seçilib.
Tədbirdə həmçinin Azərbaycanda olan miqrantların üzləşdiyi problemlərlə bağlı məsləhətləşmələr və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.