“İnsan alverinə qarşı mübarizə” mövzusunda təlim keçirilib
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün Miqrasiya üzrə Regional Təlim Mərkəzində “İnsan alverinə qarşı mübarizə” istiqaməti üzrə kurs təşkil edilib.
DMX-nın Kadrlar və kadr hazırlığı idarəsi ilə Təlim-tədris mərkəzinin birgə təşkil etdiyi kurs çərçivəsində Xidmətin təlimçiləri və Daxili İşlər Nazirliyinin mütəxəssisi tərəfindən “İnsan alveri qurbanları və onların hüquqları”, “İnsan alveri qurbanlarının kompensasiya almaq hüququnun təmin olunması”, “Əhalinin həssas təbəqəsi, o cümlədən miqrantlar, dilənçiliklə məşğul olan uşaqlar arasında insan alveri qurbanlarının müəyyən edilməsi üçün göstəricilərin tətbiq olunması” mövzuları üzrə təlimlər keçirilib.
İştirakçıları maraqlandıran suallar cavablandırılmaqla mövzular ətrafında fikir mübadiləsi aparılıb.