newsPhoto

Qaçqın statusu almış şəxslərin azyaşlı övladları üçün tədbir keçirilib

Dövlət Miqrasiya Xidməti tərəfindən Bilik Günü münasibətilə ölkəmizdə qaçqın statusu almış şəxslərin azyaşlı övladları üçün tədbir təşkil olunub.

Humanitar xarakter daşıyan tədbirin əsas məqsədi qaçqın ailələrin övladlarının cəmiyyətə inteqrasiyasına, yeni dostlar qazanmasına və həmyaşıdlar arasında səmimi ünsiyyət qurulmasına töhfə verilməsidir.

Xoş anlarla yadda qalan tədbirin sonunda azyaşlılara Xidmət tərəfindən yeni dərs ili ilə bağlı məktəbli ləvazimatları hədiyyə edilib. 

Bilik Günü münasibətilə yeni tədris ilinə başlayan hər kəsi təbrik edir, uğurlar arzulayırıq!


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur