Regionlarda səyyar xidmətlər davam etdirilir
Ölkəmizin müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən səyyar xidmətlər davam etdirilir.
Xaçmaz, Yevlax, Ağsu və Lənkəran regional miqrasiya idarələri tərəfindən Xaçmaz, Ağcabədi, Göyçay, İsmayıllı və Masallıda yaşayan sağlamlıq imkanları məhdud şəxslərə səyyar xidmət göstərilib.
Səyyar xidmətlər zamanı Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq şəxslərə yaşadıqları ünvanlarda müvafiq yaşamaq üçün icazə vəsiqələri təqdim edilib, həmçinin müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin alınması və müvəqqəti olma müddətinin uzadılması ilə bağlı sənədlər qəbul edilib.