newsPhoto

Şirvan regional miqrasiya idarəsinə müraciət edən şəxslərin nəzərinə!

Dövlət Miqrasiya Xidmətinin Şirvan regional miqrasiya idarəsində aparılan zəruri təmir-bərpa işləri ilə əlaqədar 9 sentyabr tarixindən müvəqqəti olaraq idarə fəaliyyətini Şirvan şəhər bələdiyyəsinin inzibati binasında davam etdirir.

Qeyd olunanları nəzərə alaraq, Şirvan regional miqrasiya idarəsinə müraciət etmək  istəyən şəxslərdən Şirvan şəhəri, M.Ə.Rəsulzadə 14 ünvanında yerləşən  Şirvan regional miqrasiya idarəsinin vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinə yaxınlaşmalarını xahiş edirik.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur