Dövlət Miqrasiya Xidmətinin rəisi İran İslam Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov İran İslam Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Seyed Jafar Aghaei Maryanı qəbul edib.
Qonağı səmimi salamlayan Xidmət rəisi qurumun fəaliyyət istiqamətlərindən, həmçinin ölkə ərazisində mövcud miqrasiya proseslərindən, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsindən bəhs edib.
Qəbula görə təşəkkürünü bildirən cənab Seyed Jafar Aghaei Maryan görüşdən məmnunluğunu ifadə edib və iki ölkə arasında miqrasiya sahəsində birgə əməkdaşlığın perspektivlərindən bəhs edib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.