newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Emil Bəşirovla növbəti dəfə görüşüb.

Görüşdə xüsusi hazırlanmış mentorluq proqramı çərçivəsində görülən işlərə və Emil Bəşirovun fərdi inkişaf planına nəzər salınıb, bu sahədə qazandığı yeni biliklər və növbəti addımlar barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Emil Bəşirovun mentorudur.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub.

Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb. 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur