newsPhoto

Dövlət Miqrasiya Xidmətinə 2024-cü ilin 6 ayı ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2024-cü ilin 6 ayı ərzində 33.453  zəng cavablandırılmışdır. Onlardan 29.307-i Azərbaycan dilində, 3860-ı rus dilində, 286-si isə ingilis dilində cavablandırılıb. 

Qəbul edilən zənglərin 10550-si müvəqqəti yaşama icazəsi, 570-i müvəqqəti olma müddətinin uzadılması, 2786-sı vətəndaşlıq məsələləri, 4322-si olduğu yer üzrə qeydiyyat, 2337-si daimi yaşama icazəsi, 3757-si iş icazəsi, 1855-i inzibati xəta, 7276-sı isə digər məsələlərlə bağlı olub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur