newsPhoto

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın iclası keçirilib

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda  2024-cü ilin birinci yarısının fəaliyyət planı və görülmüş işlər, Şura üzvlərinə daxil olmuş müraciətlər və onların icrası istiqamətində atılmış addımlar, ehtiyacı olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən hüquqi yardımlar barədə məlumatlar verlib.

Görüşdə, həmçinin İctimai Şura tərəfindən növbəti rüblərdə görüləcək işlər, qarşıda duran vəzifələr, müvafiq plana əsasən həyata keçirilməsi nəzərdə  tutulan fəaliyyətlər, o cümlədən icra olunmaqda olan layihələr, monitorinq xarakterli səfərlər və bir sıra cari məsələlər müzakirə edilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur