newsPhoto

Regionlarda səyyar xidmətlər keçirilib

Ölkəmizin müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən səyyar xidmətlər davam etdirilir.

Ağsu, Lənkəran və Şəki regional miqrasiya idarələri tərəfindən Göyçay, Lənkəran, Masallı, Astara, Cəlilabad və Şəkidə yaşayan sağlamlıq imkanları məhdud şəxslərə səyyar xidmət göstərilib.

Səyyar xidmətlər zamanı Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq şəxslərin yaşadıqları ünvanlarda daimi və müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı arayış və digər sənədlər təqdim edilib.

Eyni zamanda şəxslərdən müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin alınması və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənədlər qəbul edilib və müraciətlərə uyğun tələb olunan sənədlərin siyahısı izah edilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur