Azərbaycanda qaçqın statusu verilmiş əcnəbilərin inteqrasiyası və sosial müdafiəsi məsələləri ilə bağlı işçi qrupunun iclası keçirilib
Dövlət Miqrasiya Xidmətində Azərbaycanda qaçqın statusu verilmiş əcnəbilərin inteqrasiyası və sosial müdafiəsi məsələləri ilə bağlı yaradılmış işçi qrupun növbəti iclası keçirilib.
Müvafiq qurumların iştirakı ilə keçirilən tədbirdə ötən müddət ərzində əldə olunan nailiyyətlər, əcnəbilərin inteqrasiyası sahəsində qurumlararası koordinasiya, bu istiqamətdə beynəlxalq tərəfdaşların dəstəyi, qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar görülən işlər diqqətə çatdırılıb.
Görüşdə, həmçinin 2023-cü ilin dekabr ayında Cenevrədə keçirilmiş Qaçqınlar üzrə II Qlobal Forumda Azərbaycan hökuməti tərəfindən səsləndirilən könüllü vədlərin icrası ilə bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, İşçi qrupunun məqsədi qaçqın statusu verilmiş şəxslərin ölkəmizdə olduqları müddətdə onlar üçün yaradılmış əlverişli mühitin daha da təkmilləşdirilməsi, mövcud qanunvericilik aktlarında və beynəlxalq konvensiyalarda əksini tapan sosial-iqtisadi və insan hüquqlarının təşviqidir.