Dövlət Miqrasiya Xidməti əməkdaşları üçün növbəti təlim keçirilib
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün psixoterapevt və təlimçi Mirşahin Əlizadə tərəfindən “Uğurlu olmağın sirri və şəxsi imicin yaradılması”, “Sistem düşüncəsi və Sibernetika” mövzularında təlimlər keçirilib.
DMX-nın Kadrlar və kadr hazırlığı idarəsi ilə Təlim-tədris mərkəzinin birgə təşkil etdiyi təlimlər zamanı M.Əlizadə iştirakçılara şüur və şüuraltı zehnin işləmə mexanizmi, sistem düşüncəsi-sibernetika barədə ətraflı məlumat verib. İş mühitində effektiv ünsiyyət strategiyalarından və razısalma psixologiyasından istifadə etmə üsulları barədə fikir mübadiləsi aparılıb.
İnteraktiv müzakirələr formasında keçən təlimlər psixoloji test və iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.