newsPhoto

“Miqrasiya Məktəbi - 6” layihəsi çərçivəsində sonuncu təlimlər keçirilib

Gənclərə miqrasiya sahəsində nəzəri və praktiki biliklər qazandırmaq məqsədilə həyata keçirilən növbəti “Miqrasiya Məktəbi – 6” layihəsi çərçivəsində sonuncu təlimlər keçirilib.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifələrini icra edən Amr Taha tərəfindən “Miqrasiyanın idarə edilməsində beynəlxalq təşkilatların rolu”, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Sənan Hacıyev tərəfindən isə “Beynəlxalq qaçqınların himayəsi, miqrasiyanın idarə edilməsində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının rolu” mövzularında interaktiv şəkildə təlimlər keçirilib.

Həmçinin, “Azərbaycanda əcnəbilər üçün təhsil imkanları. Azərbaycanlı tələbələrin xaricdə təhsil imkanları” mövzusunda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Peyman Almasov və “Dünyada Azərbaycan diasporu” mövzusunda Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi İlahə Hüseynovanın təlimləri təşkil edilib.

Xatırladaq ki, iştirakçılar proqram müddətində Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı qazanacaq və proqramın sonunda təlimi uğurla tamamlamış iştirakçılara sertifikatlar veriləcək.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur