newsPhoto

Gəncədə vətəndaşsızlıq hallarının aradan qaldırılmasına həsr edilmiş tədbir keçirilib

Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşsızlıq hallarının aradan qaldırılması və bu sahədə maarifləndirmə işinin təşkili məqsədilə tədbirlər mütəmadi davam etdirilir.

Bu silsilədən növbəti tədbir Gəncədə reallaşdırılıb. Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun rəhbərliyi ilə Gəncə regional miqrasiya idarəsinin əhatə etdiyi ərazilərdə yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə görüş keçirilib.

Görüşdə 18 nəfər əcnəbi və vətəndaşsızlıq vəziyyətində olan şəxslərin problemlərinin həlli məsələləri müzakirə olunub, onların üzləşdikləri çətinliklər dinlənilib.

Sonda Gəncə regional miqrasiya idarəsinin xidməti ərazisində yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi ilə bağlı səyyar sənəd qəbulu təşkil edilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur