newsPhoto

Miqrasiya üzrə Regional Təlim Mərkəzində təlim keçirilib

Dövlət Miqrasiya Xidmətinin (DMX) və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzində “Qaçqın statusunun müəyyənləşdirilməsi prosedurları çərçivəsində İnandırıcılığın Qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçirilib.

Əsas məqsədi sığınacaq, eləcə də miqrasiya məsələləri ilə məşğul olan Xidmət əməkdaşlarının bilik və bacarıqlarının artırılması olan təlimdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri və Dövlət Miqrasiya Xidmətinin əməkdaşları iştirak edib.

Təlim çərçivəsində qaçqınların beynəlxalq himayəsi və BMT QAK-ın bu sahədə rolu, qaçqın statusunun müəyyənləşdirilməsi sahəsində milli prosedurlar və qaçqın statusunun verilməsi ilə bağlı müraciətlər zamanı inandırıcılığın qiymətləndirilməsi mövzularında təqdimatlar edilib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur