newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov İctimai Şuranın üzvləri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun iştirakı ilə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib.

İclasda çıxış edən Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq, vətəndaş cəmiyyəti ilə səmərəli əməkdaşlığı diqqətə çatdırıb və  ötən dövr ərzində miqrasiya qanunvericiliyində edilmiş dəyişikliklər, eləcə də miqrasiya sahəsində cari il ərzində icrası nəzərdə tutulan işlər barədə İctimai Şura üzvlərini məlumatlandırıb. Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın fəaliyyətini müsbət qiymətləndirən Xidmət rəisi əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Sonra iclasda Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura tərəfindən görülmüş işlər, miqrasiya sahəsində cari vəziyyət və 2024-cü ilin birinci yarımili ərzində planlaşdırılan birgə fəaliyyətlər və həyata keçiriləcək tədbirlər müzakirə olunub.

Daha sonra İctimai Şura üzvləri ictimai iştirakçılığın səmərəli və effektiv həyata keçirilməsi məqsədilə bir sıra təkliflərlə çıxış ediblər.

Görüşdə miqrasiya sahəsində maraq doğuran digər məsələlər müzakirə olunub.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur