newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Liviyanın ölkəmizdəki səfiri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Liviyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naser ilə görüşüb.

Qonaqları səmimi salamlayan Xidmət rəisi miqrasiya prosesləri ilə bağlı iki ölkə arasında mövcud olan dinamikadan bəhs edib, Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, ölkəmizə səfər edən əcnəbilərin qeydiyyatı və yaşaması ilə bağlı hazırkı prosedurlar, eləcə də turizm baxımından cəlbediciliyin artırılması və sahibkarlığın inkişafının dəstəklənməsi məqsədilə qanunvericiliyə edilən dəyişikliklər barədə ətraflı məlumat verib.

Səmimi qəbula görə Xidmət rəisinə təşəkkürünü bildirən səfir iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb və mövcud əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə tərəflər arasında miqrasiya sahəsində qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur