Dövlət Miqrasiya Xidmətində Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib
Dövlət Miqrasiya Xidmətində “1 mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd Xidmət əməkdaşlarının mülki müdafiə sahəsində maarifləndirilməsi olub.
Görüşdə Dövlət Miqrasiya Xidmətinin Daxili təhlükəsizlik idarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Faiq Mustafayev Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və inkşaf yolu, vəzifələri, mülki müdafiənin inkişaf istiqamətləri, bu sahədə tətbiq olunan innovativ texnologiyalar barədə məlumat verib.
Həmçinin görüşdə mülki müdafiənin əhəmiyyəti, Xidmət əməkdaşlarının fövqəladə hallara hazırlıqlı olmasının yolları haqqında danışılıb.