newsPhoto

Regionlarda səyyar xidmət keçirilib

Ölkəmizin müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən səyyar xidmətlər davam etdirilir.

Şəki, Ağsu, Lənkəran və Astarada  yaşayan sağlamlıq imkanları məhdud şəxslərə səyyar xidmətlər göstərilib.

Səyyar xidmətlər zamanı şəxslərin yaşadıqları ünvanlarda müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı arayış təqdim edilib, həmçinin müvafiq sənədlər qəbul edilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur