“Miqrasiya Məktəbi - 6” layihəsi çərçivəsində təlimlər davam etdirilir
Gənclərə miqrasiya sahəsində nəzəri və praktiki biliklər qazandırmaq məqsədilə həyata keçirilən növbəti “Miqrasiya Məktəbi – 6” layihəsi çərçivəsində təlimlər davam etdirilir.
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən “Miqrasiya hüququnun müqayisəli tarixi” və “Qaçqın və sığınacaq məsələləri”, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri tərəfindən isə “Miqrasiyanın idarə edilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzularında interaktiv şəkildə təlimlər keçirilib.
Həmçinin layihə iştirakçılarının Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin səlahiyyətləri çərçivəsində həyata keçirdiyi müvafiq prosedurlar barədə əyani məlumatlandırılması məqsədilə həmin idarəyə təcrübə səfəri təşkil edilib.
Xatırladaq ki, iştirakçılar proqram müddətində Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrinin işi ilə də tanış olmaq imkanı əldə edəcək və proqramın sonunda təlimi uğurla tamamlamış iştirakçılara sertifikatlar veriləcəkdir.