newsPhoto

Dövlət Miqrasiya Xidmətində əcnəbi işçi qüvvəsini işəgötürənlərlə görüş keçirilib

Dövlət Miqrasiya Xidməti əməkdaşları ilə ölkəmizdə əcnəbi işçi qüvvəsini işəgötürənlər arasında ənənəvi görüş keçirilib. Görüşdə müəssisə rəhbərləri, yerli və xarici fərdi sahibkarlar və onların nümayəndələri iştirak ediblər.

Tədbirin məqsədi miqrasiya qanunvericiliyinə edilmiş son dəyişikliklər və əlavələr haqqında, həmçinin növbəti il üçün əmək miqrasiyası kvotası barədə işəgötürənlərə zəruri məlumatların verilməsi olub.

DMX-nin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri İsmayıl Abdullayev çıxış edərək faydalı və işgüzar mövzuların müzakirəsi baxımından tədbirin əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə işəgötürənlərin hüquq və vəzifələri, qanunvericilikdə edilmiş son dəyişikliklər barədə sahibkarlar və işəgötürənlər məlumatlandırılıblar. Həmçinin əcnəbi işçi qüvvəsinə tələbatın təmin edilməsində yaranan çətinliklər, qarşıdakı il üçün əməkçi miqrantlara olan ehtiyaclara dair proqnoz-məlumatların hazırlanması və digər mövzular müzakirə edilib.

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur