newsPhoto

Dövlət Miqrasiya Xidməti tərəfindən səyyar xidmətlər davam etdirilir

Ölkəmizin müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən səyyar xidmətlər davam etdirilir.

Gəncə, Yevlax və Şirvan regional miqrasiya idarələrinin əməkdaşları tərəfindən sağlamlıq imkanları məhdud şəxslərə növbəti səyyar xidmətlər göstərilib.

Səyyar xidmətlər zamanı şəxslərin müvəqqəti yaşama icazəsinin alınması və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənədləri qəbul edilib. Həmçinin şəxslərə Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunması ilə bağlı arayış və müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilib.

Eyni zamanda miqrasiya qanunvericiliyinə dair onları maraqlandıran məsələlərlə bağlı məlumatlar verilib.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur