“Heydər Əliyev İli” çərçivəsində regionlarda növbəti tədbirlər keçirilib
Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən silsilə tədbirlər davam etdirilir.
Belə ki, növbəti tədbir Dövlət Miqrasiya Xidmətinin Ağsu və Lənkəran regional miqrasiya idarələri tərəfindən Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Qurtuluşdan Zəfərə gedən yol, Müzəffər lider - miqrasiya kontekstində” və “Heydər Əliyev və Azərbaycan” mövzularında keçirilib.
Göyçay və Cəlilabadda təşkil edilən görüşlərdə Ümummilli Liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirlərdə Ulu Öndərin zəngin həyat yolu, siyasi fəaliyyəti, dövlət quruculuğunun bütün sferalarında, həmçinin miqrasiya sahəsinin inkişafı istiqamətindəki misilsiz xidmətləri barədə geniş məlumat verilib. Bildirilib ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş Azərbaycanın davamlı inkişaf siyasəti Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Həmçinin hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən bir sıra çevik və təşkilati tədbirlər həyata keçirilməklə miqrasiya siyasətinin müasir dövrün tələblərinə uyğun formalaşdırılması istiqamətində əhəmiyyətli işlərin görüldüyü də diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.