newsPhoto

Gəncə, Hacıqabul şəhərlərində və Babək rayonunda maarifləndirmə tədbirləri keçirilib

Dövlət Miqrasiya Xidmətinin Naxçıvan regional miqrasiya baş idarəsi, Gəncə və Şirvan regional miqrasiya idarələri tərəfindən Gəncə,  Hacıqabul şəhərlərində və Babək rayonunda miqrasiya qanunvericiliyinin təbliği məqsədilə maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlər “Azərbaycan Respublikasında təhsil alan əcnəbi tələbələrin qeydiyyat prosedurları”, “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qeydiyyat prosedurları, qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri”, “Miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət”  mövzularına həsr olunub.

Tədbirlərdə Miqrasiya Məcəlləsinin tələbləri və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati məsuliyyətlər diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur