newsPhoto

Miqrasiya üzrə Regional Təlim Mərkəzində təlim keçirilib

Dövlət Miqrasiya Xidmətinin (DMX) və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzində “Beynəlxalq qaçqın hüququ və sığınacaqla bağlı müraciətlər çərçivəsində müsahibə texnikaları” mövzusunda təlim keçirilib.

Təlimdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri və Dövlət Miqrasiya Xidmətinin əməkdaşları iştirak edib.

Tədbirin əsas məqsədi sığınacaq, eləcə də miqrasiya məsələləri ilə məşğul olan Xidmət əməkdaşlarının bilik və bacarıqlarını artırmaqdır.

Tədbirdə çıxış edən BMT QAK-ın hüquq şöbəsinin müdiri İvan Çarnetski və DMX-nin nümayəndəsi Elmar Mürsəliyev mövzunun aktuallığını və əhəmiyyətini diqqətə çatdırıb.

Sonra BMT QAK-ın təmsilçiləri Aydan Seyidova, Sənan Hacıyev və DMX-nın əməkdaşı Rüfət Əliyev təqdimatla çıxış ediblər. Təlim çərçivəsində müvafiq sahədə qlobal tendensiyalar, qaçqınların himayəsi ilə bağlı beynəlxalq hüquqi çərçivə və milli qanunvericilik bazası, qaçqın statusunun müəyyənləşdirilməsi prosedurunda müsahibə texnikaları barədə təqdimatlar edilib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur