newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanda yeni təyin olunmuş səfiri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.

Qonaqları səmimi salamlayan Xidmət rəisi səfiri ölkəmizə yeni təyinatı münasibətilə təbrik edib, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında miqrasiya sahəsində mövcud olan sıx əməkdaşlıq əlaqələrindən bəhs edib, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib. Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, qanunvericiliyə edilən yeni dəyişikliklər barədə ətraflı məlumat verən Xidmət rəisi, həmçinin işğaldan azad olunmuş ərazilərdə davam edən genişmiqyaslı bərpa və quruculuq işləri barədə də qonağı məlumatlandırıb, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı prosesinin mərhələli qaydada başladığını bildirib.

Səfir səmimi qarşılanmaya görə minnətdarlığını bildirib. O, fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin daha da güclənməsi istiqamətində səylərini səfərbər edəcəyini qeyd edib, həmçinin ölkəsinin miqrasiya idarəçiliyi sahəsində təcrübəsindən söhbət açıb.

Görüşdə mümkün əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur