Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin araşdırılması ilə bağlı icraata hansı halda və kimin sorğusu əsasında başlanılır?
Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin araşdırılması ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır.
İcraata şəxsin özünün və ya mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarının, prokurorluq və məhkəmə orqanlarının (dövlət orqanları) sorğusu əsasında başlanılır.