newsPhoto

İş icazəsi hansı halda yenidən rəsmiləşdirilməlidir və bunun üçün hansı sənədlər tələb olunur?

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinə əsasən əcnəbinin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə, iş icazəsi itirildikdə işəgötürən 5 iş günü müddətində Dövlət Miqrasiya Xidmətinə məlumat verməli və belə icazənin yenidən rəsmiləşdirilməsi və ya ləğv edilməsi üçün ərizə təqdim etməlidir.

Yenidən rəsmiləşdirmə zamanı iş icazəsinin surəti və yenidən rəsmiləşdirməni əsaslandıran sənəd təqdim edilməlidir.

Qeyd edək ki, iş icazəsinin yenidən rəsmiləşdirilməsi üçün dövlət rüsumu tələb olunmur.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur