newsPhoto

Dövlət Miqrasiya Xidməti tərəfindən səyyar xidmətlər davam etdirilir

Respublikanın müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan vətəndaşlar üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələri tərəfindən səyyar xidmətlər davam etdirilir.

Bu istiqamətdə növbəti səyyar xidmətlər İsmayıllının İvanovka,  Soltankənd və Şamaxının Qızmeydan kəndlərində təşkil olunub.

Səyyar xidmətlər zamanı Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq olduğu yer üzrə qeydiyyat arayışı vətəndaşa təqdim edilib, həmçinin müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin alınması ilə bağlı tələb olunan sənədlər qəbul edilərək icraata götürülüb.

Eyni zamanda şəxslərə miqrasiya qanunvericiliyinin tələbləri izah edilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur