newsPhoto

Qaçqın statusu almış şəxslərin azyaşlı uşaqları üçün tədbir keçirilib

Dövlət Miqrasiya Xidməti tərəfindən “Bilik günü” ərəfəsində ölkəmizdə qaçqın statusu almış şəxslərin azyaşlı uşaqları üçün “Pizza Master Klass” təşkil olunub.

“GFC” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində keçirilən tədbir humanitar xarakter daşıyıb. Balacalar birgə pizza hazırlamağı öyrənib, xoş və əyləncəli vaxt keçiriblər.

Tədbir gələcəyimiz olan uşaqlar arasında dostluq və qardaşlıq bağlarının qurulmasına, qaçqın ailələrin övladlarının cəmiyyətə inteqrasiyasına, yeni dostlar qazanmasına, həmyaşıdlar arasında səmimi ünsiyyət qurulmasına töhfə olub.

Tədbirin sonunda azyaşlılara Xidmət tərəfindən yeni dərs ili ilə bağlı məktəbli ləvazimatları hədiyyə edilib.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur