newsPhoto

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya keçirilən seçkilərin ilkin mərhələsinin nəticələri elan olunub

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 19 iyul 2023-cü il tarixdə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya  (bundan sonra - İctimai Şura) seçkilər keçirilib. Qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 6 namizəd İctimai Şuranın üzvü seçilib:

  1. Əliyev Fuad Ağasi oğlu - “Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək” İctimai Birliyi
  2. Gözəlova Günel Salam qızı - “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi
  3. İskəndərli Ramil Əvəz oğlu - “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi
  4. Mehtiyeva Rahilə İbrahim qızı - “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi
  5. Şükürov Adil Arif oğlu - “Miqrasiya Könüllüsü” İctimai Birliyi
  6. Vəliyev Asim Nazim oğlu - “Gənc Diplomatların Peşəkarlığının İnkişafına Dəstək” İctimai Birliyi

İctimai Şuranın 9 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərməsi qərarlaşdırıldığından boş qalan 3 yer üçün müvafiq qanunvericiliyə uyğun olaraq, 21 iyul 2023-cü il tarixdə saat 10:00-dan 16:00-dək  Bakı şəhəri regional miqrasiya baş idarəsinin inzibati binasında (Bakı şəhəri, Atatürk prospekti 189) namizədliyi qeydə alınmış aşağıdakı şəxslər arasında təkrar seçkilər keçiriləcək:

  1. Abbasova Nigar Emin qızı
  2. Bağırov Ağamirzə Əhməd oğlu - “Gənc Hüquqşünaslar” İctimai Birliyi;
  3. Fərzəliyev Əli Vələhəd oğlu - “Avrasiya Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi
  4. Hüseynova Məhsəti Əli qızı - “Gənclərin Töhfəsi” İctimai Birliyi
  5. İsmayılov Nadir Nəbi oğlu - “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi
  6. Kətanov Məmməd Teymur oğlu - “Azərbaycan Qızıl Aypara Cəmiyyəti”
  7. Muradov Mahir Tahir oğlu
  8. Sadiqli Vüqar Anar oğlu
  9. Şəkiyev Tariyel Zal oğlu

Xatırladaq ki, təkrar seçkidə iştirak edəcək namizədliyi qeydə alınmış şəxslər artıq qeydiyyatdan keçmiş seçicilər tərəfindən seçiləcək.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur