newsPhoto

Miqrasiya qanunvericiliyi mövzusunda seminar keçirilib

Dövlət Miqrasiya Xidmətinin (DMX) Miqrasiya üzrə Regional Təlim Mərkəzində miqrasiya qanunvericiliyi mövzusunda maarifləndirici seminar təşkil olunub.

DMX yanında İctimai Şuranın və İNJURİA Hüquq Platformasının təşkilatçılığı ilə “Miqrasiya qanunvericiliyinə giriş” mövzusunda keçirilən tədbirdə DMX əməkdaşları,  Bakı Dövlət Universitetinin “SABAH” qrupları və hüquq fakültəsinin  tələbələri iştirak edib.

Tədbirdə çıxış edən İctimai Şuranın sədri Azər Allahverənov Azərbaycan Respublikasında miqrasiya prosesləri, bu sahədə həyata keçirilən dövlət siyasətinin müxtəlif aspektləri barədə danışıb.

Miqrasiya hüququ barədə məlumat verən İNJURİA Hüquq Platformasının təsisçisi Kəmalə Məmmədova miqrasiya qanunvericiliyinin əsas müddəaları, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması, müvəqqəti və daimi yaşama icazələrinin, iş icazələrinin əldə olunması, vətəndaşlığın əldə edilməsi, əcnəbilərin sahibkarlıq fəaliyyətinin təmin olunmasının hüquqi əsasları və digər maraq doğuran məsələlər haqqında danışıb.

Sonda tələbələrin çoxsaylı sualları çıxışçılar və tədbirdə iştirak edən DMX əməkdaşları tərəfindən cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur