Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti işə qəbul elan edir!
Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün müsabiqə (qanunvericiliyə uyğun olaraq ixtisas imtahanından azad edilən şəxslər üçün) elan edir.
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı olan ali təhsilli aşağıda göstərilən şəxslər vakant vəzifələrə qulluğa qəbulla əlaqədar müsabiqənin söhbət mərhələsinə dəvət olunurlar:
- prokurorluqda və digər dövlət orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər
- digər dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçuları
- hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər
Vakant vəzifələr:
- Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi - 3 yer (inspektor)
- Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi - 1 yer (inspektor-həkim)
Vakant vəzifələrin tutulması şərtləri və s. barədə məlumatlarla buradan tanış ola bilərsiniz.
Tələb olunan sənədlər:
- kadrlar uçotunun şəxsi vərəqəsi
- ərizə
- şəxsiyyət vəsiqəsinin surəti
- təhsil haqqında sənədin surəti
- hərbi biletin surəti (kişilər üçün)
- əmək kitabçasının surəti
- 2 (iki) ədəd fotoşəkil (3x4sm ölçüdə)
Qeyd:
- İnspektor-həkim vəzifəsinə iddia edən şəxslərdən ümumi cərrahiyyə, terapiya və psixiatriya ixtisasına malik Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük veriləcək.
- Söhbət mərhələsində iştirak etmək üçün namizədlər şəxsən sənədlərini 2023-cü il aprel ayının 26-dan may ayının 15-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aparatına (Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202) təqdim etməlidirlər.
- Xarici dil bilmə səviyyəsi yüksək olan şəxslərə üstünlük veriləcək.
Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının vətəndaşları üçün kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə işə qəbulla əlaqədar müsahibə elan edir.
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq ən azı tam orta və orta ixtisas təhsilli Azərbaycan Respublikasının vətəndaşları işə qəbulla əlaqədar müsahibəyə dəvət olunurlar.
Vakant vəzifələr:
- Yevlax regional miqrasiya idarəsi - 3 yer (kiçik inspektor-mühafizəçi)
- Yevlax regional miqrasiya idarəsi - 1 yer (kiçik inspektor-kargüzar)
Vakant vəzifələrin tutulması şərtləri və s. barədə məlumatlarla buradan tanış ola bilərsiniz. Şərtlərə uyğun gələn, müsahibədə iştirak etmək arzusu olan şəxslər vakant olan yalnız bir vəzifəyə işə qəbul edilməsi üçün ərizə ilə müraciət edə bilərlər.
Vakant vəzifəni tutmaq məqsədilə keçiriləcək müsahibə zamanı üstünlük verilir:
- ümumi dünyagörüşünə
- özünü təqdimetmə bacarığına
- kollektivdə işləmək bacarığına
- hadisələrə çevik reaksiya vermək bacarığına
- yaradıcılıq və təşəbbüskarlığa
- kompüter və xarici dil biliklərinə malik olan şəxslərə
Tələb olunan sənədlər:
- kadrlar uçotunun şəxsi vərəqəsi
- ərizə
- şəxsiyyət vəsiqəsinin surəti
- təhsil haqqında sənədin surəti
- hərbi biletin surəti (olduğu təqdirdə)
- əmək kitabçasının surəti (olduğu təqdirdə)
- 2 (iki) ədəd fotoşəkil (3x4sm ölçüdə)
Qeyd:
- Kiçik inspektor-mühafizəçi vəzifəsinə boyu 175 santimetrdən hündür olan Azərbaycan Respublikasının vətəndaşları iddia edə bilərlər.
- Müsahibədə iştirak etmək üçün sənədlər 2023-cü il aprel ayının 26-dan may ayının 15-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17:00-dək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aparatında (Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202) və ya elektron qaydada (migration.gov.az) qəbul olunur.
- Əlaqə nömrəsi: (012) 562-53-01