Peşəkar müzakirələrə start verilir
Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində peşəkar mühitdə fikir və təcrübə mübadiləsinə şərait yaratmaq məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən “Peşəkar Müzakirələr” adlı silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Müzakirələrin əsas məqsədi ölkəmizdə yaşayan və müxtəlif sahələrdə fəaliyyət göstərən əcnəbi mütəxəssislərin öz təcrübələrini yerli mütəxəssislərlə bölüşməsinə, onlar arasında qarşılıqlı faydalı təcrübə və fikir mübadiləsinin həyata keçirilməsinə, əlaqələrinin gücləndirilməsinə imkan yaradan, eləcə də ölkədə peşəkar və akademik müzakirə prosesini təşviq edən platforma rolunu oynamaqdır. Müzakirələr müxtəlif mövzuları əhatə etməklə yanaşı, şəxsi və peşəkar bacarıqlarının gücləndirilməsinə də şərait yaradacaq.
İlk müzakirə tədbiri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun iştirakı ilə “Azərbaycanda miqrasiya idarəçiliyi” mövzusuna həsr olunacaq. Müzakirələrin miqrasiya sahəsində fəaliyyət göstərən mütəxəssislər, bu sahə ilə peşəkar məşğul olan şəxslər, sahəyə maraq göstərən tələbələr və elmi dairələrin nümayəndələri ilə aparılması nəzərdə tutulub.
Aktiv, konstruktiv və məhsuldar müzakirələri təşviq etmək məqsədilə tədbirlərdə iştirak seçim əsasında aparılır. İştirak etmək istəyənlərdən müraciət etmək üçün aşağıdakı link vasitəsilə elektron anketi doldurmaq xahiş olunur:
https://forms.gle/MBgnzN7h8fkoy134A
Xüsusi qeyd: Formanı doldurmaq üçün son tarix 05 may 2023-cü il.
Tədbirin işçi dili Azərbaycan dili