Ağsuda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir təşkil edilib
Ağsu regional miqrasiya idarəsi tərəfindən Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının inzibati binasında “Ümummilli lider Heydər Əliyevin uğurlu siyasətinin nəticəsi - miqrasiya kontekstində” mövzusunda tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, rayonun idarə, təşkilat və müəssisələrinin, icra nümayəndəliklərinin, bələdiyyələrin məsul işçiləri, işəgötürənlər, sahibkarlar, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak edib.
Görüşdə Ümummilli liderin dövlət müstəqilliyinin ilk illərindən ölkənin bütün sahələrində, o cümlədən miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində də çox mühüm tədbirlər həyata keçirməsindən bəhs olunub. Ulu öndərin miqrasiya sahəsinə diqqət göstərməsi ölkədə bu proseslərin respublikamızın tərəqqisi naminə istiqamətləndirilməsinə şərait yaratdığı xüsusi vurğulanıb. Həmçinin, son dövrlərdə ölkəmizdə miqrasiya sahəsində əldə edilən nailiyyətlər, göstərilən xidmətlərin tam şəffaflaşdırılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə həyata keçirilən tədbirlər barədə məlumatlar verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.