newsPhoto

Dövlət Miqrasiya Xidməti tərəfindən maarifləndirmə tədbirləri və səyyar xidmətlərin göstərilməsi davam etdirilir

Xaçmaz regional miqrasiya idarəsi tərəfindən Qusarda, Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi tərəfindən Ağcabədidə maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə Xidmət əməkdaşları tərəfindən regional miqrasiya idarələri, saxlama təcridxanaları, sərhəd keçid məntəqələrində xidmət yerləri, “ASAN xidmət”  mərkəzlərində  göstərilən fəaliyyətlər, tənzimlənməyən miqrasiyaya qarşı mübarizə və insan alveri, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin könüllü və məcburi saxlanılması qaydaları barədə iştirakçılara ətraflı məlumat verilib.

Eyni zamanda Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri üzrə Qusar rayonunda və Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan İsmayıllı rayonunun İvanovka kəndində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə sosial və sağlamlıq imkanları məhdud şəxslərə yaşadıqları ünvanlarda səyyar xidmətlər göstərilib. Belə ki, ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin verilməsi, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciətin qəbul edilməsi, müraciətə uyğun tələb olunan sənədlər siyahısının izah olunması ilə bağlı  ümumilikdə 34 nəfər səyyar xidmətlərdən faydalanıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur