Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviriVüsal HüseynovDMX yanında İctimai Şuranın üzvləri ilə görüşüb.

Vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulmasının Xidmətin əsas fəaliyyət prinsiplərindən biri olduğunu vurğulayan Vüsal Hüseynov miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində fəal iştirak edən Şuranın ictimai nəzarətin təmin olunmasında, şəffaflığın artırılmasında səmərəli fəaliyyətini diqqətə çatdırıb və İctimai Şuranın fəaliyyətini yüksək qiymətləndirib. Qarşıdan gələn növbəti ildə də Şuranın uğurlarının daha da artacağına ümid bəslədiyini bildirib.

Sonra İctimai Şuranın sədri Azər Allahverənov çıxış edərək göstərilən etimada görə təşəkkür edib və Şuranın fəaliyyətinə nəzər salıb, görülən işlər barədə məlumat verib, əldə olunmuş nəticələri qeyd edib.

Görüş digər məsələlərlə bağlı təkliflərin irəli sürülməsi ətrafında müzakirələrlə davam edib.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti