newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Camal Nağıyev ilə görüşüb.

Xidmət rəisi Camal Nağıyevi təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, xüsusi hazırlanmış mentorluq proqramı çərçivəsində DMX-nin müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə tanışlıq, hüquqi bazanın təkmilləşdirilməsi və ixtisasına uyğun olaraq digər sahələr üzrə də bilik və bacarıqlarının artırılmasına şərait yaradılacaq. V.Hüseynov həmçinin rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

C.Nağıyev mentorluq proqramı çərçivəsində təcrübə keçməkdən fərəh hissi duyduğunu bildirib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilərək dəstəklənməsi məqsədilə təsis olunub. Şərtlərə əsasən, qalib bir il müddətində müsabiqənin idarəçi rəhbəri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur