“Miqrasiya Məktəbi 5” layihəsi çərçivəsində təlimlər davam etdirilir
“Miqrasiya Məktəbi-5” layihəsi çərçivəsində növbəti təlimlər Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Füzuli Cəbrayıllı, Nihad Kazımov, Emin Fərhadlı və Aygül Abbaszadə tərəfindən keçirilib.
Təlimlər çərçivəsində “Beynəlxalq miqrasiya hüququ”, “Azərbaycanda əcnəbilərin olma və yaşama qaydaları”, “Miqrasiya statistikası: məlumat mənbələri və istifadə qaydaları”, “Miqrasiya barədə məlumat: əsas konseptlər və terminlər, qlobal miqrasiya trendləri” mövzuları müzakirə olunub..
İştirakçılar miqrasiya qanunvericiliyi, bu sahədə görülən işlər, miqrasiya proseslərinin səmərəli idarə olunması, miqrasiya siyasətinin formalaşdırılması, həmçinin beynəlxalq tendensiya və çağırışlar barədə məlumatlandırılıblar.
Təlimlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, 6 ay davam edəcək layihənin əsas məqsədi gələcəkdə müxtəlif sahələr üzrə fəaliyyət göstərəcək gənclərin miqrasiya ilə bağlı biliklərini artırmaq, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar vərdişlər aşılamaq və dövlət idarəçiliyinə dair məlumatlandırmaqdır.