Bərdədə maarifləndirmə tədbiri keçirilib
Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi tərəfindən Bərdədə “Qanunsuz miqrasiyaya qarşı mübarizə və insan alveri, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılması qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin və bələdiyyələrin, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
İştirakçılara Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən xidmətlər, qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilməsi qaydaları barədə geniş məlumat verilib.
Tədbirin sonunda tədbir iştirakçıları maraqlandıran suallar cavablandırılıb.